Onlayn ictimai-siyasi qəzet
Bürokratik maneələr və yüksək enerji qiymətləri Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini sürətlə aşağı salır.
Musavat.com xəbər verir ki, məlumatı DPA agentliyi Avropa Komissiyasının (AK) gələn həftənin ortalarında rəsmi olaraq təqdim olunacaq hesabatına istinadən yayıb.
Hesabatda vurğulanır ki, Avropanın investorlar üçün cəlbediciliyi getdikcə azalır. Bildirilir ki, 2008-2021-ci illər arasında regionda yaradılan və sonradan dəyəri 1 milyard dolları keçən startapların demək olar ki, üçdə biri ofislərini başqa ölkələrə, əsasən də ABŞ-a köçürüb. Bununla belə, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropalıdır. Avropada əmək məhsuldarlığı ABŞ-dan aşağı olaraq qalır.
Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinin aşağı düşməsinin səbəblərindən biri kimi enerjinin baha olması da göstərilir. İcma ölkələrində elektrik enerjisinin qiymətləri ABŞ-dan iki-üç dəfə yüksəkdir. Bundan əlavə, Avropa bazarında ixtisaslı kadr çatışmazlığı var. Bürokratik maneələr potensialdan tam istifadə etməyə mane olur.
Ekspertlərə görə, hesabat göstərir ki, rəqabətqabiliyyətlilik mövzusu bundan sonra Avropa Komissiyasının işində aparıcı məsələyə çevrilməlidir. Əks halda, Avropa rifahını itirmək təhlükəsi ilə üz-üzədir.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ