Onlayn ictimai-siyasi qəzet
İntim görüntüləri yayılan Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov videomüraciət ünvanlayıb.
O deyib ki, həmin görüntülərin tirajlanması və bir qrup kənd sakinin onun istefasını tələb etməsi bir neçə nəfər tərəfindən təşkil olunub.
Orxan Rəhimov deyib ki, həmin adamlar bundan əvvəl də ona müxtəlif iftiralar atıblar.
Onun sözlərinə görə, sözügedən video yayıldıqdan sonra xaricdə yaşayan kənd sakinləri ona zəng edərək ölümlə hədələyiblər:
"Məni hədələyib istefa verməyimi istəyiblər. Bu proseslər zamanı məktəbə hücum çəkənlər arasında mənə fiziki zor tətbiq edən də oldu. Mən bu məsələləri çox açıb-ağartmaq istəmədim və ərizə yazaraq işdən uzaqlaşdım"./Bakupost.az
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ