Onlayn ictimai-siyasi qəzet
Hindistan və Pakistan arasındakı uzun müddətdir davam edən gərginlik, ötən həftə daha da artdı.
Musavat.com xəbər verir ki, 22 aprel tarixində Pakistan sərhədinə yaxın Pahalgam şəhərində silahlı şəxslər tərəfindən həyata keçirilən hücum nəticəsində 26 nəfər həyatını itirdi.
Hadisə anı, gəzinti edən bir turist tərəfindən çəkilən videoda əks olunub. Videoda turistin gəzintisini çəkdiyi anlarda arxa planda atəş səsləri eşidilir.
Hücum zamanı silahlı şəxslər hədəf olaraq əsasən hindistanlı kişiləri vurublar. Hindistanın baş naziri Narendra Modi, ölkəsinin şübhəliləri "dünyanın istənilən yerindən təqib edəcəyini" açıqlayıb. Hindistan hökuməti Pakistanı hücuma dəstək verməkdə ittiham edib, lakin Pakistan bu ittihamları rədd edərək müstəqil araşdırma tələb edib.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ