İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Avropa Parlamentinin üzvlərinə qarşı sanksiyaları ləğv etdi

Çin beş Avropa deputatına qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, məlumat Avropa Parlamentinin (AP) bəyanatında yer alıb.

Bildirilir ki, Pekin bununla Avropa İttifaqı və Çin arasında parlament dialoqunun bərpasına zəmin yaradır: “Bu gün Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamentinin parlament qruplarının rəhbərlərini Çin hakimiyyətinin Avropa Parlamentinin üzvlərinə və onların ailə üzvlərinə qarşı sanksiyaların ləğvi ilə bağlı qərarı barədə məlumatlandırıb”.

Bəyanatda bu addımın Aİ və Çinə parlament dialoqunu bərpa etməyə imkan verəcəyi iddia edilsə də, AP-nin “Çin ilə münasibətlərdəki problemlərə göz yummaq niyyətində olmadığı” vurğulanıb. Sənəddə Metsolanın sözlərinə də yer verilir: "Avropa Parlamentinin üzvləri çinli həmkarları ilə əks təsirlərdən qorxmadan Avropa maraqlarını müzakirə edə bilərlər. Bizim Çinlə münasibətlərimiz mürəkkəb və çoxşaxəli olaraq qalır. Buna cavab verməyin ən yaxşı yolu məşğulluq və dialoqdur".

Bəyanatda Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaların hansı nöqtədən qaldırılacağı göstərilmir.

Qeyd edək ki, Çin 22 mart 2021-ci ildə beş Avropa deputatına və AP-nin insan hüquqları üzrə alt komitəsinə sanksiya tətbiq edib və Avropa Parlamentinin deputatlarının öz ərazisinə daxil olmasını qadağan edib. Buna cavab olaraq Avropa İttifaqı Çinlə bütün növ parlament əməkdaşlığını dayandırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR