Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə mineral ehtiyatlara dair əldə olunmuş razılaşma barədə açıqlama verib.
Musavat.com-un məlumatına görə, o bildirib ki, saziş sadə şərtlərlə qurulub və ABŞ vəsaitlərinin təhlükəsizliyini təmin edir.
“Mən mürəkkəb saziş bağlamaq istəmədim, çünki Ukraynanın o qədər də pulu yoxdur. Biz elə bir razılaşma əldə etdik ki, pullarımız təhlükəsizdir və biz qazıntılara başlayıb lazım olanı edə bilərik”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, Amerika tərəfinin sahədə fiziki iştirakı “bir çox qeyri-qanuni oyunçuların ölkəyə daxil olmasının qarşısını alacaq”.
“Biz razılaşma imzaladıq və güman edirəm ki, onlar buna əməl edəcəklər. Hələ nəticələrini görməmişik, amma düşünürəm ki, görəcəyik,” – deyə o bildirib.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ