Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ-la yeraltı sərvətlərin istifadəsinə dair hökumətlərarası saziş layihəsinə heç bir düzəliş təqdim etməyib.
Musavat.com-un məlumatına görə, bu barədə “Suspilne” telekanalı Ukraynanın Prezident Ofisindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, rəsmi Kiyev sənədin əsas variantını imzalamağa hazırdır və yaxın günlərdə Ukrayna ilə ABŞ nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Sazişin imzalanması üçün ABŞ-a Ukraynanın birinci baş nazir müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko səfər edib.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ