İnsanlara hürriyət, millətlərə istiqlal!

İnterpolun axtardığı şəxslər Bakı aeroportunda tutuldular

Bakıdakı hava limanında beynəlxalq axtarışa verilmiş iki nəfər tutulub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluğa görə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Sadıqov aeroport ərazisində saxlanılıb.

Bundan başqa, Ukrayna Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü İsmət İbrahimov da Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində polislər tərəfindən saxlanılıb.

Onlar Hava Nəqliyyatında Polis İdarəsinə təhvil veriliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR