İnsanlara hürriyət, millətlərə istiqlal!

İnterneti bağladığı üçün keçmiş arvadını döydü- Məhkəməlik oldu  

Xırdalanda 58 yaşlı kişi keçmiş arvadını “Wi-Fi” internet şəbəkəsini söndürdüyü üçün döyüb. Zərərçəkmiş qadın ondan şikayətçi olub və cəzalandırılmasını istəyib.

Musavat.com xəbər verir ki, 58 yaşlı Elşən M. 26 il evli qaldıqdan sonra boşandığı, lakin eyni həyətdə ayır-ayrı evlərdə yaşadığı keçmiş arvadını döyüb.

Zərərçəkmiş Seylan M. həmin gün evdəki “Wi-Fi” internet şəbəkəsini söndürüb. Həmin şəbəkədən Elşən M. da istifadə edirmiş. Buna görə əsəbiləşən Elşən M. qisas almaq üçün onun həyətindən keçən Seylanın evinin kanalizasiya xəttini bağlayıb.

Tərəflərin mübahisəsi zamanı Elşən M. keçmiş həyat yoldaşına şillə vurub, ona xəsarət yetirib.

Seylan M. keçmiş ərindən şikayətçi olaraq onun cəzalandırılmasını istəyib.

Məhkəmənin hökmü ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olun Elşən M. 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR