Onlayn ictimai-siyasi qəzet
Saxta internet saytları vasitəsi ilə xaricə viza almaq istəyənləri aldatmaqda ittiham olunan 75 şübhəlidən 25-i həbs edilib.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, İzmir başqa olmaqla 7 vilayətdə əməliyyat keçirilib. Şübhəlilərin Erasmus proqramı çərçivəsində xaricə təhsil üçün getməyə çalışan tələbələri və zəlzələdən sonra başqa ölkələrdəki qohumlarının yanına yollanmaq istəyən zəlzələ qurbanlarını aldatdıqları müəyyən edilib.
Məlum olub ki, vətəndaşlar həmin saytlardakı əlaqə nömrələrinə zəng vuraraq şübhəlilərin şəbəkəsinə düşüblər və onlardan “viza rüsumu” adı ilə pul tələb edilib. Şübhəlilər zərərçəkənlərə “intensivlik” olduğunu deyərək 1-2 aylıq viza müddəti veriblər.
Dələduzluq yolu ilə əldə edilən pulların bir hissəsinin xarici valyutaya və ya qızıla çevrildiyi, bir hissəsinin üçüncü şəxslərin adından fərdi və şirkət hesablarına yatırıldığı, bir miqdarıyla da lüks avtomobillər alındığı müəyyən edilib.
Əməliyyatda yeni detallar da ortaya çıxıb. Şübhəlilər zərərçəkmişləri ümumilikdə 100 milyon lirə aldadıblar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ