İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan alverinə görə axtarışda olan qadın həbs edildi 

3 ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi ilə yekun ittiham elan edilib.

Xanım müttəhim iki nəfər həmcinsini cinsi istismara məruz qoymaqda təqsirləndirilir.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR