İnsanlara hürriyət, millətlərə istiqlal!

İnqilabi plan: Yuxarılarda müzakirə başladı - Qurban Qurbanov AFFA prezidenti olacaq?

Məlum olduğu kimi, yaxın vaxtlarda AFFA-da prezident postuna seçkiləri keçiriləcək. Kənardan Azərbaycanda futbol təsərrüfatı sakit görünür. Seçki öncəsi hansısa namizədin və ya iddialıların adı açıq şəkildə çəkilmir.

AFFA-nın boz divarlarının arxasında hər şey sanki seçki olmayacaq, heç nə baş verməyəcək kimi görünsə də, əslində vəziyyət qəlizdir. Bu, tufandan öncəki sakitlikdir.

Qeyd etdiyimiz kimi, prezident postuna namizədlər məlum olmasa da, müəyyən cəbhələr var. Heç kim açıq savaşa girmək istəmir. Çünki futbol Azərbaycan dövlətinin himayəsi və diqqətində olan idman növlərindən biridir. Bu sahənin inkişafı və ayaq üstə qalması üçün hər il tərqibən 60 milyon manat civarında pul ayrılır. Qruplaşmaların heç biri Azərbaycan futboluna öz pulunu xərcləmir. Amma dövlətin ayırdığı vəsaitə nəzarət etmək istəyir ki, oradan öz payını götürsün. Buna görə də heç kim açıq mübarizəyə girəcək qədər cəsarət sahibi deyil.

Klanların mübarizəsi bir tərəfə, amma hakimiyyətin yuxarı eşalonunda da ölkə futbolunun hazırkı durumu müzakirə edilir və çıxış yolları araşdırılır. Azərbaycan futbolunun xilası üçün müxtəlif variantlar müzakirələr edilir. Əsas məsələ isə yeni prezident və yeni idarəetmə modeli ilə bağlıdır. Gələn informasiya odur ki, bir sıra yüksək dairələr Azərbaycan futbolundakı vəziyyətdən və yatırılan vəsaitin havaya sovrulmasından narahatdır.

Hazırda AFFA-nın prezident postuna namizəd göstərilən müxtəlif şəxslər var. Bunlar arasında Rövnəq Abdullayev (hazırkı prezident), Elxan Məmmədov (vitse-prezident), Orxan Məmmədov (Azərbaycan Minifutbol Federasiyasının prezidenti) və SOCAR prezidenti Rövşən Nəcəfin adları daha çox hallanır. Amma başqa variantlar da var ki, bunun ətrafında müzakirələr gedir.

Publika.az bununla bağlı maraqlı informasiya əldə edib. Yüksək dairələrdə bir sıra şəxslərin haqqında fikir mübadiləsi aparılır. Onların dürüstlüyü, savadı, nüfuzu, futbol kimi böyük, geniş bir ailəni idarə etmək, yəni lider olma bacarağı araşdırılır.

Onlar arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var. “Şöhrət" ordenli mütəxəssisin ölkə futbolundakı xidmətləri göz önündədir. Nəinki futbol ictimaiyyəti, xalq arasında böyük nüfuza sahib olması, futbolumuzu son illərdə çiyinləri üzərində daşıması, dürüstlüyü, yeniliklərə meyilli olması onun namizədliyinin müzakirə edilməsinə səbəb olub. Qurbanov futbolumuzın xilası üçün sistemli iş görə biləcək azsaylı şəxslərdən biri hesab edilir. Buna görə də, AFFA prezidenti kimi məsul vəzifənin ona həvalə edillməsi müzakirə edilir.

Bu baş verməsə belə, Qurban Qurbanova AFFA-da yüksək vəzifə verilməsi planlaşdırılır. Vəzifə ilə yanaşı, ona futbolumuzun gələcəyini dəyişəcək qədər yüksək səlahiyyətlər verilə bilər. Bununla da 51 yaşlı mütəxəssisin zəngin təcrübəsindən istifadə ediləcək. Ona böyük komanda qurması və sistemini icra etməsi üçün hər cür şərait yaradılması planlaşdırılır.

Təbii ki, bu planın reallaşıb-reallaşmayacağı martda AFFA-dakı seçkilərin nəticələrindən sonra müəyyənləşəcək. Çünki bəzi qara qüvvələr Qurban Qurbanovun Azərbaycan futbolunda fəaliyyət göstərməsindən, uğur qazanmasından, hətta nəsə danışmasından belə narahatdırlar.

Təbii ki, həmin şəxslər sakit dayanmayacaq, Qurban Qurbanova qarşı "qara piar" aparacaqlar. Təqribən qarşıdakı 1 ay ərzində baş verəcək proseslər AFFA-nın və Azərbaycan futbolunun gələcək taleyini müəyyənləşdirəcək. Ya futbolumuz işığa doğru gedəcək, ya da...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR