İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziya BRİKS-in tamhüquqlu üzvü oldu

İndoneziya BRİKS-in tamhüquqlu üzvü elan olunub.

Musavat.com xəbər verir ki, bu barədə yanvarın 1-də assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında məlumat yer alıb.

Bəayantda bildirilir ki, "Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir".

Bəyanatda həmçinin qeyd olunub ki, İndoneziyanın namizədliyi 2023-cü ilin avqustunda Cənubi Afrikada keçirilən Yohannesburq sammitində "icma liderlərinin təsdiqini alıb": "Braziliya İndoneziya hökumətini BRİKS-ə qoşulması münasibətilə təbrik edir. Cənub-Şərqi Asiyada ən böyük əhaliyə və ən böyük iqtisadiyyata malik İndoneziya cəmiyyətin digər üzvləri ilə birlikdə qlobal idarəetmə institutlarında islahatların aparılmasının tərəfdarıdır və qlobal cənubda əməkdaşlığın dərinləşməsinə müsbət töhfə verir”.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, 2025-ci ildən bir sıra dövlətlər tərəfdaş ölkələr kimi BRİKS-ə qoşulacaq. Onların arasında İndoneziya da var. Elan edilən digər tərəfdaşlar Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistandır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR