İnsanlara hürriyət, millətlərə istiqlal!

İndiyədək məlum olmayan sirli elektropikap görüntüləndi - FOTO

Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya çıxıb.

Sözügedən foto "Reddit" platformasında yayılıb.

Təsdiqlənməmiş məlumatlara görə, bu avtomobil 2022-ci ildə yaradılmış "Slate Auto" startapının ilk modelidir.

Məlumata əsasən, startap müxtəlif investorlar, o cümlədən "Amazon"un qurucusu, milyarder və dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos tərəfindən maliyyələşdirilir.

"Slate Auto"nun məqsədi təxminən 25 min ABŞ dolları qiymətində, ikiqapılı kabinəyə malik sərfəli pikap modelini bazara çıxarmaqdır. Fotoşəkildə əks olunan avtomobil bu konsepsiyaya uyğun gəlir. O, nisbətən kompakt ölçüləri, sadə və məqsədli şəkildə minimalistik dizaynı ilə seçilir. Radiator barmaqlıqlarının olmaması isə avtomobilin elektrikli olmasına işarə edir./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR