Onlayn ictimai-siyasi qəzet
1984-cü ildə Harrison Fordun "İndiana Cons və Tale Məbədi" filmində geyindiyi məşhur İndiana Cons şlyapası hərracda 630.000 dollara satılıb.
Musavat.com xəbər verir ki, bu məlumatı Propstore hərrac evi açıqlayıb.
Məlumatda qeyd olunur ki, şlyapa-fedora xüsusi olaraq İndiana Cons filmləri ikinci silsiləsi üçün hazırlanıbmış.
Şlyapanı həmçinin məşhur kaskadyor Din Ferrandini geyinib və o, mərhum Ferrandininin "şəxsi kolleksiyasından" olub. Şlyapanı hərraca məhz Din Ferrandininin həyat yoldaşı Keefe Ferrandininin orijinallığa dair məktubu ilə təqdim ediblər.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ