İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahan zalında “ağıllı” saat gizlətdi

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanında “ağıllı” saat aşkarlanıb.

Dövlət İmtahan Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR