İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlunun bu hərəkəti müzakirələrə səbəb oldu- Video

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ötən həftə Düzcedə baş verən zəlzələ səbəbindən çadırlarda qalan vətəndaşlara baş çəkib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu zəlzələdən zərər görən Gölyaka bölgəsini gəzərkən sakinlərlə söhbət aparıb. Bu zaman İmamoğlu ilə sakinlərdən biri olan qadın arasında yaşanan kiçik dialoq müzakirələrə səbəb olub.

Belə ki, Türkiyə mediasında yayılan görüntülərdən bələdiyyə sədrinin qadının üzünə toxunmaq istədiyini, qarşı tərəfin isə öz növbəsində başını kənara çəkərək buna əngəl olduğunu görmək mümkündür.

Qadın İmamoğluna “Mənə toxunma, zəlzələ bitib” deyə iradını bildirib. İmamoğlu isə cavabında “Olsun” deyərək yoluna davam edib.

Ə.İmamoğlunun bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onun hansı səbəbdən qadının üzünə toxunmaq istədiyi anlaşılmayıb.

Xatırladaq ki, Düzcedə ötən həftə baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR