Onlayn ictimai-siyasi qəzet
İstanbul meri Əkrəm İmamoğlu barəsində təhsil diplomunun saxtalaşdırılması ilə bağlı cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Türkiyənin əsas müxalifət partiyası — Cümhuriyyət Xalq Partiyasından (CHP) növbəti prezident seçkilərində namizədliyini irəli sürən İmamoğlu, "rəsmi sənədlərin saxtalaşdırılması" ittihamı ilə 26 fevral tarixində məhkəmə qarşısına çıxacaq.
Bu qalmaqal Türkiyə siyasətində böyük rezonans doğurub və seçkiöncəsi vəziyyəti daha da gərginləşdirib.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ