İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu terror baş verən İstiqlal küçəsindən açıqlama verdi: "Bir ovuc terrorçu başımızı əyə bilməz"

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstiqlal küçəsində partlayışın baş verdiyi əraziyə baş çəkib.

Musavat.com xəbər verir ki, vətəndaşlardan əhval-ruhiyyəni yüksək tutmalarını istəyən İmamoğlu, hər səhər İstiqlal küçəsində, onların yanında olacağını söyləyib.
İmamoğlu partlayış bölgəsinə qərənfillər qoyub və "Bir ovuc terrorçu başımızı əyə bilməz" deyib.

Partlayışın baş verdiyi küçədə qısa açıqlama verən İmamoğlu bunları deyib:

"Yaralıların vəziyyəti çox yaxşıdır. Səhhətləri baxımından problem yoxdur. Təəssüflər olsun ki, həyatını itirən vətəndaşlarımızın ağrısını, matəmini yaşayırıq. Reanimasiyada bir nəfər xəstə saxlanılır. Sağ olsunlar səhiyyə işçilərimiz. Müalicəsi davam edən yaralılardan bəziləri evlərinə yola salındı. Bu gün sülh üçün, barış üçün biz buradayıq.Vəziyyət normallaşana qədər hər səhər burada olacağam. Bu günlərdə bir yerdə olmalıyıq.

86 milyon, xüsusilə 16 milyon istanbullu olaraq terrora qarşı heç vaxt baş əyməyəcəyik. Allah millətimizi qorusun. Dövlətimizlə birlikdə terrora qarşı mübarizəmizi davam etdirəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR