Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Mask İspaniyanın “El Mundo” qəzeti tərəfindən ilin adamı seçilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna həsr olunmuş materialın müəllifləri həm də iş adamını qədim Roma siyasətçisi və sərkərdəsi Qay Yuli Sezarla müqayisə ediblər.
“O, indiyə qədər Yer üzündə yaşamış ən zəngin insandır və indi o, həm də ABŞ-ın seçilmiş prezidentinin (Donald Trampın) sağ əlidir. O, kökündən yeni təcrübəni təcəssüm etdirir.
Materialda İlon Maskın nümunəsində şirkətlərin siyasətçilərlə birlikdə dövlətləri idarə etməsi presedenti “21-ci əsrin Sezarizmi” adlandırılıb.
Jurnalistlərin fikrincə, Sezarla müqayisə Roma sərkərdəsinin həm də dövrünün ən zəngin adamı olması ilə bağlıdır. Bundan sonra o, sadə xalqın qəlbini fəth edə və bütün Roma respublikası üzərində hakimiyyət qura bilib. Eyni zamanda materialda Maskın ABŞ-dan kənarda doğulduğu üçün bu yolu dəqiq təkrarlaya bilməyəcəyi, bu səbəbdən prezidentliyə namizəd olmaq hüququnun olmadığı qeyd olunub.
Buna baxmayaraq, jurnalistlər onun Donald Trampla tandemini ABŞ-ı kökündən dəyişdirməyə qadir olan “iki böyük eqonun dueti” adlandırıblar. “El Mundo” müşahidəçilərinin fikrincə, Maskın gücü milyarderin “SpaceX” korporasiyasına sahib olması səbəbindən artıq suveren dövlət üzərində nəzarətlə müqayisə edilə bilər.
Musavat.com
27 Dekabr 2024
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ