İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask “Twitter”in Direktorlar Şurasını istefaya göndərib

Sahibkar İlon Mask oktyabrın 27-də ABŞ şirkəti “Twitter”i satın aldıqdan sonra onun Direktorlar Şurasını istefaya göndərib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilən sənədlərdə deyilir.

"Oktyabrın 27-də birləşmə sazişi nəticəsində cənab Mask “Twitter”in yeganə direktoru oldu. Birləşmə müqaviləsinin şərtlərinə uyğun olaraq, sövdələşmənin tamamlandığı anda direktor olan şəxslər fəaliyyətini dayandırdılar", - sənədlərdən birində qeyd olunur.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR