İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask "Twitter"i PULLU EDƏCƏK

İlon Mask bəzi “Twitter” hesablarına ödəniş tətbiq etməyi planlaşdırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərar mavi təsdiq nişanı alan istifadəçilərə aiddir. Onlar təsdiq nişanını profillərində saxlamaq üçün əlavə ödəniş edəcəklər.

Məlumata görə, bu tətbiqin “Twitter Blue” funksiyasının “premium” abunəliyinin bir hissəsi olacaq. “Twitter Blue”a qoşulmaq üçün istifadəçilərə 90 gün veriləcək. Əgər bu vaxt ərzində abunəliklərini yeniləməsələr onlar mavi təsdiq nişanını itirəcəklər.

Qeyd edək ki, əvvəllər bu xidmətin aylıq qiyməti 4.99 dollar idi. Hazırda isə onun qiymətinin 19.99 dollara qədər yüksələcəyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR