Onlayn ictimai-siyasi qəzet
"Ötən gün vəfat edən Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılmışdı".
Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri verilişlərin birinə qonaq olan televiziya aparıcısı İlkin Həsəni deyib.
O bildirib ki, Azəri sevən tamaşaçılardan biri təmənnasız donor olmaq istəyirdi:
"Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Azəri bir az da bu olay sarsıtdı".
Qeyd edək ki, mərhum aktyor böyrək çatışmazlığından əziyyət çəkib.
Ətraflı süjetdə:
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ