İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Türkiyə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması üçün çalışacaq

Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində bəzi konkret addımlar atıb və atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

"Şimal qonşularımız olan Rusiya və Ukrayna arasında İstanbul prosesini həvəslə dəstəkləyirik. Bu birbaşa danışıqlar vasitəsilə çoxlu sayda əsir və ölülərin cəsədlərinin mübadiləsinə töhfə verdik. Sülh danışıqlarının şərtlərinin hazırlanmasına çalışdıq. Biz "müharibədə qalib olmur, ədalətli dünyada isə məğlub olmur" şüarına əsaslanaraq qarşıdakı dövrdə də atəşkəs axtarışlarını davam etdirəcəyik", - o, ümumi siyasi müzakirələrdə çıxış edərkən söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR