İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna bütün torpaqlarını azad etmək, hətta irəli də getmək gücündədir – Tramp  

Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ prezidenti Donald Tramp sensasion açıqlama ilə çıxış edib.

Musavat.com  xəbər verir ki, indiyədək Rusiyanın çox güclü olduğunu deyən ABŞ prezidenti bu dəfə tam əksi olan açıqlama verib: “İnanıram ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə döyüşmək, qalib gəlmək və ölkənin bütün ərazilərini əvvəlki vəziyyətinə qaytarmaq iqtidarındadır. Və kim bilir, bəlkə daha da irəli gedər!"

Onun sözlərinə görə,  “Ukraynanın hərəkətə keçmə vaxtı çatıb”. Eyni zamanda Trampa görə, Rusiyanın Ukraynadakı hərəkətlərində məntiq yoxdur. O, qeyd edib ki, hər bir halda Moskva və Kiyevə “hər şeyin ən yaxşısını” arzulayır.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR