İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ: Çin nüvə triadasını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Çinin strateji nüvə triadası ilk dəfə Pekində keçirilən rəsmi paradda nümayiş olunub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" təqdim olunub.

Bundan başqa, bütün planeti əhatə edən strateji nüvə qitələrarası raket DF-5C də nümayiş etdirilib.

Məlumata görə, Çin Xalq Azadlıq Ordusu Pekində keçirilən təntənəli paradda bir sıra ən son “Hongqi” hava hücumundan müdafiə sistemlərini də nümayiş etdirib.

Nümayiş etdirilən sistemlərin arasında "Hongqi-20", "Hongqi-19" və "Hongqi-29" var. Bu sistemlər çoxsəviyyəli raketləri ələ keçirməyə qadirdir və uzun, orta və qısa məsafələrdə hava hücumundan müdafiəni təmin edir.

Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR