İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev tariximizdə İLK dəfə bunu etdi

"Cəbrayıl şəhər günü ərəfəsində cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri həm rəmzi məna daşıyır, həm də dövlət başçımızın müəyyənləşdirdiyi ümumi strateji xəttin həyata keçirilməsində vacib addımdır".

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib.

QASİM.jpg (259 KB)

Onun sözlərinə görə, Prezidentin Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri ona görə rəmzi məna daşıyır ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımız daim şəhər, rayon və kəndlərimizin işğal günlərini acıyaraq xatırlayıb, dədə-baba torpaqlarına nə vaxt qayıdacaqlarını düşünüblər:

"Bu milli istəyi yerinə yetirən Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq millətimizin həyatına bayram ovqatlı şəhər günlərini gətirib. Hər dəfə də şəhər günləri ərəfəsində həmin rayonlara səfər edir.

Prezidentin Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri ona görə ümumi strateji xəttin tərkib hissəsidir ki, dövlət başçımız işğaldan azad edilmiş ərazilərin ən müasir şəkildə - "ağıllı kənd", "ağıllı şəhər" kimi qurulmasını, qeyri-neft sektorunun inkişafını irəli sürüb və bu iş planlı olaraq davam etdirilir".

Milli Məclis sədrinin müavini qeyd edib ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin, yeni su elektrik stansiyasının açılışı, yeni yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin məqsədin yerinə yetirilməsinə yönəlib:

"Bu, eyni zamanda turizmin inkişafına imkanların açılması, yeni iş yerlərinin yaradılması və insanların rifahı deməkdir".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR