Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Musavat.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Prezidentlər Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Azərbaycanın dövlət başçısı Putinə Rusiya hərbçilərinin sentyabrın 20-də Qarabağda faciəli ölümü ilə bağlı dərin hüznlə başsağlığı verib.
İlham Əliyev baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqincə cəzalandırılacağını vurğulayıb. Dövlət başçısı bununla bağlı hər iki ölkənin Baş prokurorluqlarının sıx əlaqədə olduğunu qeyd edib.
Azərbaycan Prezidenti həmçinin, həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib.
Liderlər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə əldə edilmiş razılaşmanın ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında sülhməramlıların vasitəçiliyi ilə başlayan danışıqlara böyük əhəmiyyət verilib.
Danışıq zamanı regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
Bölgədə nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması baxımından ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq danışıqlar zolağında işlərin intensivləşdirilməsi razılaşdırılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ