Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya lideri Əhməd əş-Şaraa arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş təxminən 1,5 saat davam edib.
Danışıqların əsas mövzularından biri terrorla mübarizə olub. Prezidentlər Suriya ərazisində fəaliyyət göstərən terror təşkilatları, xüsusilə PKK/YPG-nin varlığı barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf bu məsələdə əməkdaşlıq imkanlarını dəyərləndirib.
Ərdoğan görüş zamanı İsrailin Suriya torpaqlarındakı siyasətinin qəbuledilməz olduğunu vurğulayıb. O, Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Türkiyə Milli Kəşfiyyat Təhlükəsizlik Təşkilatının (MİT) başçısı İbrahim Kalın, Prezidentin Xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Suriya XİN rəhbəri Əsəd Həsən Şibani və digər rəsmi şəxslər iştirak ediblər.
Aytən Novruz
Musavat.com
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ