İnsanlara hürriyət, millətlərə istiqlal!

İlbər Ortaylı xəstəxanaya yerləşdirildi - Qızından AÇIQLAMA

Türkiyəli tanınmış tarixçi və yazıçı İlbər Ortaylı səhhətinin pisləşməsi və bu səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılıb.

Musavat.com xəbər verir ki, İlber Ortaylının qızı atasının səhhəti barədə açıqlama verib.

O, atasının infarkt keçirdiyi barədə iddiaları təkzib edib. Bildirilib ki, İlbər Ortaylı xəstəxanaya yalnız nəzarət məqsədilə gedib.

"Atam infarkt keçirməyib, komada da deyil. Kiçik narahatlıq səbəbindən nəzarət məqsədilə xəstəxanaya yerləşdirilib" - o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR