İnsanlara hürriyət, millətlərə istiqlal!

İlan illəri Rusiyaya fəlakətlər gətirib-Moskvanın işğalı, inqilablar, üsyanlar...

İlan illəri Rusiya üçün bir çox dəhşətli hadisələr və sarsıntılarla yadda qalıb.  Musavat.com xronoloji ardıcıllıqla onları təqdim edir.  

1605 -ci il  

Həmin ilin aprelində Çar Boris Qodunov öldü və Moskva işğal olundu. Bundan sonra ölkədə  iğtişaşlar, hakimiyyətin yenidən bölüşdürülməsi,  polyakların və isveçin işğalı başladı. Ölkə uzun illər qarşıdurmalar içində çabaladı.  

1725

I Pyotrun ölümü məhz ilan ilində baş verib.   İslahatları ilə tanınan rus imperatorunun vəfatı yeni bir qarışıqlığa - saray çevrilişləri, sui-qəsdlər və intriqalara səbəb oldu.

rusbb.jpg (67 KB)

1761

Çariça Yelizavetanın ölümü də ilan ilin oldu və  bundan sonra taxta varisi III Pyotr keçdi. O isə Rusiyanın  “yeddiillik müharibə”də fəth etdiyi bütün torpaqları Prussiyaya qaytardı. Bundan sonra II Yekaterina hakimiyyəti ələ keçirdi. 

1773 

Daha bir ilan ili Yemelyan Puqaçovun üsyanı ilə tarixdə qalıb. Don kazakları devrilmiş çar III Pyotrun timsalında “qanuni hakimiyyəti bərpa etmək” üçün Uralda üsyan qaldırdı. Kəndli müharibəsi iki ilə yaxın davam etdi. 

kekk.JPG (167 KB)

1881

İlan ilinin daha bir faciəvi hadisəsi II Aleksandrın öldürülməsi ilə kimi tarixə düşdü. İmperator martın 13-də  Sankt-Peterburqda “Narodnaya Volya”çıların bombalı sui-qəsdinə məruz qaldı. II Aleksandr  təhkimçilik hüququnu ləğv etmişdi və bir çox başqa islahatlar həyata keçirdi, lakin ilk konstitusiya layihəsini imzalamadan öldü.  

1905

Rusiyada ilk inqilab baş verdi. “Qanlı bazar günü”,  tətillər və yürüşlər də İlan ilinin hadisələridir.

94e492cd8cd7f6744f4e7ec8682fe5a2.jpg (158 KB)

1917

Daha bir ilan ilində Rusiyada Oktyabr inqilabı baş verdi. Bu inqilabi hadisələr planetar miqyaslı oldu,  təkcə Rusiyanın siyasi sistemini deyil, dünyanın siyasi xəritəsini və beynəlxalq münasibətlərini dəyişdi.  

1941

İkinci Dünya Müharibəsi də ilan ilində başladı.   26 milyondan çox sovet insanı döyüş meydanlarında və həbs düşərgələrində həlak oldu, aclıqdan və soyuqdan öldü. Brest qalası, Sevastopolun müdafiəsi, Moskva uğrunda döyüş, Leninqradın mühasirəsinin başlanğıcı - bunların hamısı 1941-ci il ilan ilinin  hadisələridir... 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR