İnsanlara hürriyət, millətlərə istiqlal!

"İlan" AZADLIQDA - Silsilə qatilin ilk sözləri dünyanı ŞOKA SALDI

1970-ci illərdə Cənub-Şərqi Asiyaya səyahət edən qərbli hippiləri hədəfə alan fransız silsilə qatil Çarlz Sobhraj məhkəmənin qərarı ilə Nepal həbsxanasından azad edilib. (Hippi - 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinəməxsus yanaşmaları var - red.)

Musavat.com xəbər verir ki, cinayətləri ilə BBC-nin məşhur "The Serpent" ("İlan") serialına ilham verən 78 yaşlı Sobhrajın Vitali Hakim adlı türk vətəndaş da daxil olmaqla ən azı 20 nəfərin ölümündə əli var.

63a6b0324e3fe01a1c1b986c.jpg (88 KB)

20 il məhbusluq həyatı yaşayan qatil Nepalın paytaxtında Konni Co Bronziç adlı amerikalı qadını və onun kanadalı dostu Laurent Carrieri qətlə yetirdiyinə görə həbs cəzasına məhkum edilib.

Lakin vəkillərin müraciətindən sonra Nepal Ali Məhkəməsi Sobhracın yaşı və yaxşı davranışı səbəbindən onun azadlığa buraxılmasına qərar verib.

Çarlz Sobhrajın azadlığa buraxılması bütün dünyada əks-səda doğurub. Həbsdən çıxdıqdan bir neçə saat sonra Fransaya uçan təyyarədə görüntülənən "İlan" ləqəbli silsilə qatil jurnalistlərə verdiyi ilk açıqlamada günahsız olduğunu iddia edib.

63a6b05a4e3fe01a1c1b9876.jpg (75 KB)

"Rayon hakimi bir nəfər də olsun şahid çağırmadan, mənim müdafiəmi almadan hökm yazdı. Mən günahsızam, bildiniz? Pis olmağıma səbəb yoxdur, yaxşıyam və işim çoxdur: Nepaldakılar da daxil olmaqla bir çox insanı məhkəməyə verəcəm” - qatil deyib.

1972-1982-ci illər arasında Sobhrajın narkotik maddə qəbul etmiş, boğulmuş, döyülərək və ya yandırılaraq öldürülmüş 20-dən çox insanın qətli ilə əlaqəsi olub. O, maskalanma ustalığına, həbsxanadan qaça bilmə qabiliyyətinə və gənc qadınları hədəfə alma meylinə görə "İlan" ləqəbini alıb.

63a6b08c4e3fe01a1c1b9882.jpg (109 KB)

Katmanduda məhkum olunmazdan əvvəl Sobhraj bir avtobus dolu fransız turisti zəhərlədiyinə görə Hindistanda 20 il həbsdə qalıb. Bu müddət ərzində o, mühafizəçiləri yatırdaraq qısa müddətə həbsxanadan qaça bilib. Daha sonra o, daha beş qətlə görə axtarışa verilib.

Sobhrajın Tailandda da törətdiyi cinayətlərə dair kifayət qədər sübutlar toplanıb. Lakin bu ölkənin qanunlarına görə, şübhəli tutulmayıb və mümkün ölüm hökmündən yayınıb. Hindistanda sərbəst buraxıldıqdan sonra Sobhraj 2003-cü ildə Katmanduda kazinoda Bronziçin qətlinə görə həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR