İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qardaş birləşib görün nə etdilər - ŞOK CİNAYƏTİN TƏFƏRRÜATI

Türkiyənin Qaziantep şəhərinin Oğuzeli rayonunda iki qardaş atasını bıçaqlayaraq öldürüb.

Musavat.com xəbər verir ki, Əbdürrəhman və Halaf Açıkbaş qardaşları torpaq paylaşma tələblərini qəbul etməyən ataları, 59 yaşlı Müslüm Açıkbaş, anaları Qonca Açıkbaş və qardaşları Müslüm Caner Açıkbaşı mübahisə zamanı bıçaqlayıb.

Xəstəxanaya aparılan yaralılardan Müslüm Açıkbaşın həyatını xilas etmək mümkün olmayıb.

İddiaya görə, atalarının torpağında əkinçiliklə məşğul olan qardaşlar Müslüm Açıkbaşdan tarla və bağları paylaşmasını istəyiblər. 6 uşaq atası Müslüm Açıkbaş isə bu istəyi qəbul etməyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR