Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın Çinə qarşı təzyiqləri artırdığı bir zamanda, Pekin Vaşinqtonla sona qədər mübarizə aparmağa hazır olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Trampın getdikcə daha sərt mövqe sərgilədiyini vurğulayan Çin rəsmiləri ABŞ-nin atdığı addımlara cavab vermək niyyətində olduqlarını bildiriblər.
“Əgər ABŞ münaqişə axtarırsa – istər tarif müharibəsi, istərsə də ticarət qarşıdurması olsun – biz sona qədər mübarizə aparacağıq”, - Çinin ABŞ-dəki səfirliyinin yaydığı bəyanatda qeyd edilib
Bu açıqlamalar Tramp administrasiyasının Çin mallarına əlavə 10% gömrük rüsumu tətbiq etməsindən və yaxın bir ay ərzində ümumi tariflərin 20%-ə yüksələcəyinin elan edilməsindən sonra gəlib.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ