İnsanlara hürriyət, millətlərə istiqlal!

İki azərbaycanlı “qanuni oğru” ilə bağlı şok qərar-biri Rusiyadan qaçdı

Bir neçə ay əvvəl səhhətində yaranmış problemlər səbəbindən azadlığa buraxılan 1 saylı “qanun oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) digər kriminal avtoritetlərlə demək olar ki, heç bir şəxsi əlaqəsi yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası yazır. Bildirilir ki, Şakro Molodoyun harada yaşadığı barədə yalnız ən yaxın ətrafının xəbərini var. “Qanuni oğru” müəyyən məsələlərlə bağlı qərarını əsasən, ən yaxın adamları Zaxar ləqəbli Aleksandr Zaxarov və Martin Babakexyan vasitəsilə çatdırır. O da bildirilir ki, hətta Şakro Molodoy həbsdə olarkən “1 nömrəli qanun oğru” kimi çıxış etmiş “kriminal general” Badri Koquaşvilinin (Badri Kutaisski) belə praktiki olaraq Şakroya çıxışı yoxdur və Zaxar və Martinlə əlaqə saxlamağa məcburdur. 

f934f3ceb81f2b6f00ec92e1bfc3874c.jpg (142 KB)

Bununla belə, Kalaşovun Rusiya kriminalının düzəni ilə bağlı verdiyi ilk qərarlar məlum oldu. Bildirilir ki, Şakro azərbaycanlı “qanuni oğru” Ülfət Tağıyevlə (Rufo Gəncinski) bağlı qərarı belə olub ki, “onun seçilmişlərin yanında yeri yoxdur”. Bildirilir ki, Badri Rufonun Rusiyaya qayıtması ilə bağlı FTX ilə razılaşıb, mart ayında o, Koquaşvilinin 60 illik yubileyində hətta iştirak da edib. Badri Rufonun köməyi ilə Rusiyadakı Azərbaycan mafiyasına tam nəzarət etmək istəyirmiş. Amma Şakro Molodoy hələ Ded Xasanın vaxtında “kriminal generallar” sırasında olan Vaqif Süleymanovun bu işdə daha etibarlı olacağı qənatinə gəlib. Bu qərardan sonra Rufo tələsik Rusiyanı tərk etmək məcburiyyətində qalıb, əks halda həbs oluna bilərdi.

Şakro həmçinin "qanuni oğrular"ın ümumi toplantısını qeyri-müəyyən müddətə təxirə salıb. Bu cür toplantılarda adətən, müəmmalı qətllər və "qanuni oğru”lara qarşı zorakılıq iddiaları “araşdırılır”. Səbəbi isə belə göstərilib ki, bu kimi məsələlərin həlli üçün böyük şəxsi görüş lazımdır, onun keçirilməsi və Şakronun orada olması indi mümkün deyil. Rusiy xüsusi xidmət orqanları istənilən halda bu cür “sxodka”nın keçirilməsinə icazə verməyəcəklər. Qeyd olunur ki, Zaxari Kalaşovun özünün və Rusiyada qalan bir sıra digər “qanuni oğru”ların indi xaricə çıxışı məhdudlaşdırılıb. 

vaqif suleymanov başda, sağdan birinci.jpg (526 KB)

Mənbə hesab edir ki, bu, Şakro üçün uduşlu vəziyyətdir. Çünki kriminal generallardan olan Taro Oniani (Taro) bu halda qeyri-müəyyən vəziyyətdə qalır və onun nüfuz dairəsi hər gün azalır. Getdikcə daha az kriminal “boss” onun fikrinə qulaq asır.

Şakronun Rufo barədə qərarı təsadüfi deyil. 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olan Rüfət Tağıyev mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin "sağ əli" olub.O, 2012-ci ildə dekabrın 10-da Dubayda “qanuni oğru” adı almışdı.

2013-cü ilin yanvarında öldürülən Aslan Usoyanın (Ded Xasan) qətli üzrə əsas şübhəli olan Rüfət digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə Moskva məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, Ded Xasan qətlinə görə cinayət yerindən getmək üçün plan hazırladığını özü etiraf edib. Bəllidir ki, Şakro Ded Xasanın qohumlarındadır və onun kimi yezidi kürdüdür. Ded Xasan öldürüləndə o, İspaniyada həbsdə idi. Azadlığa buraxılandan sonra da onun “tax-tacına” sahib oldu. 

maxresdefault.jpg (149 KB)

Vaqif Diplomat və ya Vaqif Bakinski ləqəbi ilə tanınan Vaqif Süleymanov da uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

O, 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada Ded Xasanın himayəsi altında olub. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun tərəfini tutub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR