İnsanlara hürriyət, millətlərə istiqlal!

İgityan: Suriyada baş verənlər Azərbaycanın və Türkiyənin mövqeyini gücləndirib

Türkiyəyönlü qrupların Suriyadakı uğurları açıq şəkildə Bakı və Ankaranın mövqeyini gücləndirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Karek İgityan bildirib.

Karen İgityana görə bu gün rəsmi İrəvanın ümidi İranda və Rusiyadakı bəzi qüvvələrə qalıb.

“Düşünürəm ki, Rusiyada və İranda hakimiyyətdə olanlar arasında Ermənistanın əhəmiyyətinin artdığını düşünənlər qalıb. Eyni zamanda Türkiyəni NATO blokundan ayrı qəbul etməyə çalışan qüvvələr də var. Bu ölkələrin hərəkətləri Moskva və Tehranın dövlət idarələrində hansı qrupun qalib gəlməsindən asılı olacaq”,-deyə erməni ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR