İnsanlara hürriyət, millətlərə istiqlal!

İdman sahəsindən 1 milyon manatlıq oğurluq işi - CİNAYƏT DOSYESİ

Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun barəsindəki cinayət dosyesi daxil olub.

Musavat.com xəbər verir ki, cinayət dosyesi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov ötən ilin yayında korrupsiya şübhələri ortaya çıxandan sonra vəzifədən uzaqlaşdırılıblar.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla rəislə sektor müdirinin idman sahəsinə ayrılan vəsaitin 1 milyon manata yaxınının ələ keçirilməsinə dair sübutlar meydana çıxıb.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Raqif Abbasov və Eldəniz Qulamov barəsində alternativ qətimkan tədbiri seçilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR