İnsanlara hürriyət, millətlərə istiqlal!

İDDİA - ABŞ və İngiltərədən Xersona snayperlər göndərilib

Rusiya təhlükəsizlik qüvvələri Xerson vilayətində tərk edilmiş bir qrup amerikalı və britaniyalı muzdludan xəbər tutublar.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, əcnəbilər Dneprdəki Bolşoy Potemkin adasındadırlar. İddia olunur ki, onlara mülki şəxslərə atəş açmaq əmri verilib. Guya ki, muzdluların qurbanları rus bölmələri tərəfindən öldürülənlər kimi keçinməli imiş.

Bundan əvvəl internetdə rus hərbçilərinin işğal etdiyi Bolşoy Potemkin adası üzərində ukraynalı millətçilər tərəfindən qaldırıldığı iddia edilən bayraqla görüntülər yayılıb. Sonradan məlum olub ki, görüntülər neytral ərazidə lentə alınıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR