İnsanlara hürriyət, millətlərə istiqlal!

İclasda corab toxudu - VİDEO

Avropalı komissar İlva Yohansson Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin çıxışı zamanı corab toxuması ilə gündəmə gəlib.

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın "Vətənpərvərlər" partiyasının rəhbəri Florian Filippo öz "X" hesabında paylaşıb. 

Onun sözlərinə görə, Leyenin Avropa İttifaqındakı vəziyyət barədə Avropa parlamentindəki çıxışı o dərəcədə yorucu olub ki, onun komissarlarından biri o danışarkən toxumağa üstünlük verib: "Və bu yüksəkgəlirli şəxslər sizin taleyinizi həll edir! İnanılmazdır", - deyə Filippo qeyd edib. 

Qeyd edək ki, sentyabrın 11-dən 14-nə qədər Strasburqda Avropa parlamentinin plenar sessiyası keçirilib. Ursula von der Leyen isə Aİ-də vəziyyətlə bağlı illik hesabatla çıxış edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR