İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərisində 130 min dollar olan seyfi oğurlayıb ölkədən qaçmaq istədilər

Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyfin oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları-V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR