İnsanlara hürriyət, millətlərə istiqlal!

İcbari tibbi sığortanın tətbiq olunduğu özəl müəssisələrin sayı artıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 179-a çatıb.

Musavat.com xəbər verir ki, bunu ​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev illik fəaliyyətə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib:

"Bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir. 2024-cü ilin 11 ayı ərzində  özəl tibb müəssisələrinə 248.6 milyon manat məbləğində ödəniş olunub. Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub".

Zaur Əliyev əlavə edib ki, əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib.

"Bu, hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir", - deyə o qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR