Onlayn ictimai-siyasi qəzet
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirir.
Musavat.com-un xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, 2024-cü ildə pasiyent sayı 5 milyona çatıb. Müraciət sayı isə 22,1 milyon olub:
"Tibbi xidmət sayında 20 faiz artım olub - 76,8 milyon".
Z.Əliyev qeyd edib ki, statistikada nisbi artım hər pasiyentin orta hesabla bir neçə dəfə müraciət etməsi və bir neçə xidmətdən istifadə etməsi ilə bağlıdır.
Nigar HƏSƏNLİ,
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ