İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər ABŞ-yə məxsus PUA-nı vurublar

Husilər ABŞ-nin daha bir pilotsuz uçuş aparatı (PUA) “MQ 9 Reaper”i vurublar.

"Report" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı husilərin nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, PUA Yəmənin cənub-qərbindəki Damar əyaləti üzərində vurulub.

Bildirilib ki, bu, bir həftə ərzində ələ keçirdikləri üçüncü ABŞ PUA-sıdır. Yaxın Şərqdə eskalasiya başlayandan (2023-cü il oktyabrın 7-dən - red.) bəri onlar 10 PUA-nı sıradan çıxara biliblər.

Döyüş və kəşfiyyat tapşırıqlarında istifadə edilən bu PUA modelinin dəyəri 35 milyon dollar qiymətləndirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR