Onlayn ictimai-siyasi qəzet
“ABŞ Ukraynaya 350 milyard dollar verdi, çünki bizdə bundan öncə axmaq, səriştəsiz administrasiya və prezident var idi. Mən onları geri qaytarmağa çalışıram”.
Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
O, özündən əvvəlki ABŞ rəhbərliyini ittiham edib, Ukraynaya edilən yardımlarla bağlı qınayıb.
Tramp bundan başqa qeyd edib ki, ABŞ nadir torpaq metallarından əlavə, Ukraynanın neftini və onlara ayrılan vəsaiti kompensasiya etmək üçün “hər hansı bir şeyi” almaq istəyir.
Toğrul İSMAYIL,
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ