İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin Ukrayna ilə bağlı qətnamə layihəsi: ABŞ israr edir, Rusiya isə mətnə düzəliş etmək istəyir

BMT Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə bağlı yeni qətnamə layihəsi hazırlayıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın təkid etdiyi bu sənəddə münaqişənin dayandırılması və uzunmüddətli sülhə çağırış edilir.

PBS jurnalisti Nik Şifrinin paylaşdığı qətnamədə bu ifadələr yer alır:

• “Rusiya-Ukrayna münaqişəsi zamanı insanların faciəvi şəkildə həlak olmasına görə dərin kədər hissi keçiririk.”
• “Birləşmiş Millətlər Təşkilatının əsas məqsədinin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, münaqişələri sülh yolu ilə həll etmək olduğunu bir daha təsdiqləyirik.”
• “Münaqişənin tezliklə dayandırılmasına çağırır və Rusiya ilə Ukrayna arasında davamlı sülhün təmin edilməsini israrla tövsiyə edirik.”

Rusiya isə sənəddə düzəliş etmək istəyir. Moskva, “münaqişənin tezliklə dayandırılmasına çağırırıq” ifadəsinə “münaqişənin əsas səbəblərinin aradan qaldırılması yolu ilə” sözlərinin əlavə edilməsini təklif edib.

WhatsApp Image 2025-02-23 at 03.05.58.jpeg (43 KB)

Qətnamə layihəsində nə “Rusiya tərəfindən başlanmış müharibə”, nə də “aqressor” ifadələri var. Sadəcə “münaqişə” sözü ilə kifayətlənilib. Digər tərəfdən, ABŞ Ukraynaya təzyiq edərək, Rusiyanın aqressor kimi göstərildiyi və qoşunlarını Ukraynadan çıxarmağa çağırılan alternativ qətnamə layihəsindən imtina etməsini istəyir.

BMT-də müzakirələr davam edir, lakin əsas sual budur: bu sənəd müharibəni dayandırmaq üçün bir addım olacaqmı, yoxsa diplomatik balanslaşdırılmış bir bəyanat kimi qalacaq?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR