Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donlad Tramp İlon Maskı dövlət xərclərinin azaldılması məsələsində “daha aqressiv” olmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
“İlon əla iş görür, amma mən onun daha aqressiv olmasını istərdim. Unutmayın, biz ölkəmizi xilas etməliyik və onu heç vaxt olmadığı qədər möhtəşəm etməliyik”, - deyə ABŞ prezidenti "Truth Social"da yazıb.
İlon Mask isə onun bu göstərişinə "olacaq, cənab Prezident!", - deyə cavab verib.
Toğrul İSMAYIL,
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ