Onlayn ictimai-siyasi qəzet
Keçmiş model Güzide Duran 16 illik həyat yoldaşı Adnan Aksoydan boşanmasının səbəbini açıqlayıb.
O, əri tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Model Aksoy tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığını deyib.
O, İstanbul Ailə Məhkəməsinə müraciət edərək "zina", "ölümə cəhd" və "nikah birliyinin təməlini sarsıtmaq" kimi ittihamlarla mübahisəli boşanma işi qaldırıb. Keçmiş model ərizəsində evli olduğu müddətdə həyat yoldaşı tərəfindəndöyüldüyünü və həmçinin təhdidlərə məruz qaldığını bildirib.
Güzide ərinin ona xəyanət etdiyini və sübutları məhkəməyə verdiyini bildirib.
Vəkil "Onların boşanmasını və uşaqların qəyyumluğunun müvəkkilimizə verilməsini tələb edirik, Adnan Aksoydan müvəkkilimizə və uşaqlarına ayda 600 min lirə aliment, 10 milyon lirə maddi, 10 milyon lirə mənəvi təzminat verilməsini tələb edirik. Bundan əlavə, hələlik əmlak rejimi ilə bağlı 100 min lirəlik alacaq tələb edirik" açıqlamasını verib.
Qeyd edək ki, Güzide Duran 2008-ci ildə iş adamı Adnan Aksoyla ailə həyatı qurub. Onların iki övladı var. Ayrılıq xəbərlərindən sonra Duranın "Qalatasaray"ın texniki direktoru Okan Burukla münasibətdə olduğu iddia edilib. Model isə onunla dost olduqlarını açıqlayıb.
Buruk da açıqlamasında "Güzidə ilə köhnə dostuq. Bu söz-söhbətlər tamamilə yalandır" deyib. (Axşam.az)
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ