İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"ın ulduzu üçün rekord məbləğ ödəməyə hazırdırlar

"Real Madrid"in vingeri Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının transfer hədəfi olmağa davam edir.

Braziliyalı oyunçu Madrid təmsilçisi ilə yeni müqavilə bağlamaq üçün hələ də razılıq verməyib. Bu halda Səudiyyə Ərəbistanı klubları "sambaçı"nı heyətinə cəlb etmək üçün rekord - 1 milyard avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Ərəblər Vinisiusun mümkün transferinin Pro Liqaya ulduz axınını çoxaldacağını düşünür.

Qeyd edək ki, 24 yaşlı sol cinah hücumçusunun "Kral klubu" ilə sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Vini cari mövsüm bütün turnirlər üzrə "Real Madrid"in heyətində 32 oyun keçirib, 16 qol və 12 assistə imza atıb.//Offsideplus.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR