Onlayn ictimai-siyasi qəzet
Meyxanaçı Orxan Lökbatanlı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun bir müddət əvvəl barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bu barədə meyxanaçı "Bir gün" verilişində danışıb. O, Hüseynin bütün bunları gündəmdə qalmaq üçün etdiyini vurğulayıb:
"Hüseynlə yaxınıq. Ona şeir, qəzəl lazım olanda ən birinci mənə müraciət edir. Tez-tez əlaqə saxlayırıq. Bu, o demək deyil ki, biz bu qalmaqalı qurmuşduq. Hüseyn son illər musiqinin dərinliyinə o qədər baş vurub ki, bizim oxuduqlarımız ona bayağı gələ bilər. O qədər tədbir olub ki, Hüseynin bayağı dediyi mahnıları oxumuşam, o da çalıb, yaxşı da qazanmışıq. Mənim yazdığım mahnıların heç biri bayağı deyil. İllərin yazarları olub ki, mahnılarımı tərifləyib. Haqqımda məndən yaşca böyüklər danışa bilər. Musiqiçilərin heç biri məndən narazı deyil. Hüseyn son vaxtlar hamıya sataşa-sataşa gündəmə gəlir. Sistemi elə qurub ki, hamı ilə də münasibəti yaxşıdır, o biri tərəfdən də qalmaqal yaradır. Bunları gündəm üçün edir. Xanəndələrdən, müğənnilərdən məni soruşsanız, heç kim mənfi fikirdə deyil. Tədbirlərdə, efirdə Xalq, Əməkdar artistlər yaxınlaşıb soruşur ki, nə vaxt mənim üçün yazırsan, oxuyum?".
Qeyd edək ki, onla arasında mübahisə Hüseynin "Xəbərin var?" verilişindən sonra başlamışdı. Hüseyn Orxanı "Bayağı ifaçı" adlandırıb. (Axşam.az)
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ