Onlayn ictimai-siyasi qəzet
Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs müalicə aldığı xəstəxanada vəfat edib.
Musavat.com "Report"a istinadən xəbər verir ki, ağır xəsarət alan 1973-cü il təvəllüdlü İ.Baxışov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, mərhum usta kimi çalışdığı məkanda hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ