İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah" İsrailin itkilərini AÇIQLADI

"Hizbullah" hərəkatının teleqram kanalı son 23 gündə İsrailin Livanla sərhəddə verdiyi itkilərin siyahısını dərc edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hərəkat 120 İsrail əsgərinin həlak olması və yaralanmasını qeyd edib.

Bundan əlavə, “Hizbullah” silahlıları doqquz tank, iki “Hummer” və iki zirehli transportyorun məhv edildiyini bildirib.

Qeyd olunub ki, bir İsrail pilotsuz təyyarəsi, 17 elektron müharibə sistemi və 27 casus sistemi məhv edilib.

Məlumata görə, 23 gün ərzində “Hizbullah” İsrail ordusunun mövqelərinə 105 dəfə hücum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR